Messi: “Çempionlar Liqasındakı məğlubiyyətdən sonra…”
Amerika kuboku turnirinə hazırlaşan Argentina millisinin futbolçusu Lionel Messi yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, Messi, Amerika kubokunu qazanmağa namizəd olmadıqlarını deyib:
“Amerika kubokunu qazanmağa namizədlərdən deyilik. Hazırda Argentina millisi yenilənmə dövrünü keçirir. Çempionlar Liqasındakı məğlubiyyətdən sonra mən də özümü fiziki və mənəvi cəhətdən yorğun hiss edirəm”.
Argentina millisi Amerika kubokunda B qrupunda Kolumbiya, Paraqvay və Qətər yığmaları ilə mübarizə aparacaq. Turnir 15 iyun-7 iyul tarixlərində keçiriləcək.
Lionel Messinin formasını geyindiyi “Barselona” Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”u ilk oyunda 3:0 hesabıyla məğlub etsə də, cavab matçında 0:4 hesabıyla uduzaraq, turnirlə vidalaşıb. ÇL-in qalibi finalda “Tottenhem”i 2:0 hesabıyla məğlub edən “Liverpul” olub.
Bizi Facebook-da izləyin