“Messi oynamasa, hər şey dəyişəcək”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin zədəsi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Messi ilə bağlı qərar verməzdən əvvəl gözləyəcəyini bildirib:
“Messi ilə bağlı qərar verməzdən əvvəl gözləyəcəyik. Dünən biz onun haqqında yaxşı hisslər keçirdik. Lautaro Martines və Xulian Alvares kimi seçimimiz var. Leo olmasa, oyuna birlikdə başlaya bilərlər. Hələ gözləyəcəyik. Messi oynamasa, hər şey dəyişəcək. Son ana qədər gözləmək və ona vaxt vermək ədalətlidir. Məşqdən əvvəl onunla danışıb, nə edəcəyimizə qərar verəcəm”.
Messi Amerika kubokunun qrup mərhələsinin 2-ci turunun Çili ilə oyununda (0:1) əzələsindən zədə almışdı. 37 yaşlı hücumçu bu səbəbdən turnirin 1/4 finalını buraxa bilər.
Argentina millisi A qrupunda 3 qələbə qazanaraq, Ekvadorla 1/4 finalda oynayacağı Amerika kubokunun pley-off mərhələsinə yüksəlib.
Bizi Facebook-da izləyin