Messi “ən yaxşı” mükafatını qazandı
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in 11-ci turunun ən yaxşı oyunçusu seçilib.
Komanda.az MLS-in rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu 11-ci turun “Nyu England”la baş tutan matçında iki qol vurub və bir məhsuldar ötürmə edib.
“İnter Mayami” “Nyu England”ı 4:1 hesabı ilə məğlub edib.
Messi keçən yaydan etibarən “İnter Mayami”nin formasını geyinir. O, kluba azad agent kimi qoşulub. 36 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin