Messi milliyə çağırıldı

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili və Kolumbiya yığmaları ilə keçiriləcək oyunlar üçün Argentina millisinin heyətinə çağırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçu daha əvvəl Uruqvay və Braziliya yığmaları ilə keçirilən iki seçmə oyunu qasıq əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun yalnız milli komandanın oyunlarında deyil, həm də Klublararası dünya çempionatında iştirak edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button