
“Braziliyalılara dərs verdik” – Argentinalı hücumçu
“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığması üzərində qələbədən (4:1) sonra fikirlərini bölüşüb.
Komanda.az “allinclusive-collection.com”-a istinadən xəbər verir ki, argentinalı futbolçu braziliyalılara dərs verdiklərini bildirib:
“Təvazökarlığımız və zəhmətimiz sayəsində gözəl oyun oynadıq. Braziliyalılara dərs verdik. Lionel Messi meydanda olsaydı, daha 2-3 qol vura bilərdik”.
25 yaşlı forvard matçın 4-cü dəqiqəsində hesabı açıb. Komandanın kapitanı Lionel Messi zədə səbəbindən oyunu buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



