
“Messi meydanda ən yaxşı məşqçidir” – “Real”ın futbolçusu
“Real”ın futbolçusu Franko Mastantuono Argentina millisində Lionel Messi ilə birgə oynamasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Messi meydanda ən yaxşı məşqçidir. Matçlar zamanı o, hər zaman nə istədiyini bilir. Mən ona və digər komanda yoldaşlarıma kömək etməyə çalışıram. Baş məşqçi Lionel Skaloni məni istədiyi yerdə oynada bilər. Onun mərkəzi müdafiədə mənə ehtiyacı olsa, mərkəz müdafiəçisi olacam. Ən əsası milli komandanın uğurudur”.
18 yaşlı vinger yayın əvvəlində “River Pleyt”dən “Real”a keçib.
Argentinalılar oktyabrın 11-də Venesuela yığması ilə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



