
“Messi meydanda olanda çox sakit oluram”
Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul DÇ-2026-nın seçmə mərhələsində Paraqvayla oyundan (1:0) sonra Lionel Messinin komanda üçün əhəmiyyətindən danışıb.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu komandanın əla səviyyədə olduğunu bildirib:
“Messi meydanda olanda çox sakit oluram. İndi komandamız əla səviyyədədir. Biz belə oynamaqla özümüzü rahat hiss edirik”.
Messi ikinci hissənin əvvəlində meydana daxil olub. Argentina millisinin yeganə qolunu 3-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin