“Bir gün Yamalla birlikdə oynamaq istəyirəm” – Messinin oğlu

Səkkiz dəfə “qızıl top”u qazanan Lionel Messinin oğlu Tiaqo birlikdə oynamaq istədiyi futbolçunun adını çəkib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun oğlu, bir gün Lamin Yamalla birlikdə oynamaq istədiyini bildirib:

“Meydançaya çıxanda, atamın oyununu izlədiyimdən, daha çox əsəbi oluram. Sol ayağımla o qədər də yaxşı deyiləm. Arzum Argentina millisində oynamaqdır.

Mən də bir gün Lamin Yamalla birlikdə oynamaq istəyirəm”.

16 yaşlı Yamal ötən yaydan “Barselona”nın əsas komandasında çıxış edir. Tərəflər arasında müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button