Messi: “Məqsəd ABŞ-da keçiriləcək Amerika kubokunda iştirak etməkdir”

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisi ilə 2024-cü ildə Amerika kubokuna getmək istədiyini bildirib.

Komanda.az “Infobae”-yə istinadən xəbər verir ki, argentinalı futbolçu bunları söyləyib:

“2026-cı il dünya çempionatında oynayacağımı bilmirəm, bu barədə artıq danışmışam. Turnir hələ uzaqda olduğu üçün bu haqda düşünmürəm, amma Amerika kuboku haqqında düşünürəm. Məqsəd ABŞ-da keçiriləcək Amerika kubokunda iştirak etməkdir. Bunu etmək gözəl olacaq, üstəlik biz artıq ABŞ-da Amerika kubokunda oynamışıq, əla idi. Finalda məğlub olsaq da, turniri çox bəyəndik: stadionlar, ab-hava, səfərlər”.

Amerika kuboku 2024-cü ildə ABŞ-da keçiriləcək. Turnirin açılışı iyulun 20-nə planlaşdırılıb. Kubokda ümumilikdə 16 komanda (10 Cənubi Amerika və 6 Şimali Amerika) iştirak edəcək.

Messi 2023-cü ilin yayında azad agent kimi PSJ-dən “İnter Mayami”yə keçib. 36 yaşlı hücumçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button