Messi: “Mən ikiqat dünya çempionu ola bilərdim”

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Real”ın forvardı Kilian Mbappe haqda danışıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu “All About” nəşrinə açıqlamasında bunları deyib:

“Mbappe 2018-ci ildə dünya kubokunun qalibi oldu. 2022-ci ildə o, bizə qarşı finalda dörd qol vurdu (penaltilər də daxil olmaqla), ancaq çempion olmadı. Bu, dəlilikdir. 2014-cü ildə də oxşar bir şey hiss etdim. Bu, işgəncə idi. Hələ də arxaya baxıb düşünürəm, mən ikiqat dünya çempionu ola bilərdim”.

Mbappe ötən yay “Real”a keçib və klubla 2029-cu ilə qədər olan müqavilə imzalayıb. O, bu müddət ərzində bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button