Messi körpə Yamalı çimizdirir – FOTO
“Barselona”nın ispaniyalı vingeri Lamin Yamalın atası Munir Nasraui sosial şəbəkədə Lionel Messinin onun oğlunu çimizdirərkən çəkdirdiyi şəklini yayıb.
Komanda.az xəbər verir ki, 16 yaşlı futbolçunun atası sosial şəbəkədə fotonun altına bunu yazıb:
“Bu, iki əfsanənin başlanğıcıdır”.
Fotoda Messi və Yamalın anası yeni doğulmuş körpəni çimizdirirlər. Futbol azarkeşləri bu fotoya heyran qalıb, indi hamı Yamalı Messinin varisi adlandırır.
Messi 2004-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. Yamalın Kataloniya klubunda debütü ötən il martın sonunda, “Betis”lə oyunda baş tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin