Messi karyerasının ən erkən qolunu vurdu
Argentina millisinin futbolçusu Lionel Messi karyerasının ən erkən qoluna imza atıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu Avstraliyaya qarşı keçirilən yoldaşlıq matçında fərqlənib.
Təcrübəli forvard 80-ci saniyədə hesabı açıb. Bu, Messinin yığmada 103-cü qolu olub.
Görüşdə ilk hissə başa çatıb və Cənubi Amerka təmsilçisi 1:0 hesabı ilə öndədir. Hücumçu hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin