Messi karyerasını bitirəcək, özümüzü buna hazırlamalıyıq – “Barselona”nın pezidenti

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu, argentinalı futbolçu Lionel Messi haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Bartomeu, Messinin bir gün karyerasını bitirəcəyini deyib:

“Bir gün Messi karyerasını bitirəcək, özümüzü buna hazırlamalıyıq. Gələcəyə doğru addımlar atmalıyıq.

Gənc və istedadlı futbolçuları izləyirik. Bu uğurlu dövrümüzü davam etdirməliyik. Məndən sonra gələcək prezidentlərə də yaxşı miras vermək istəyirəm”.

Messinin “Barselona” ilə 20221-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button