Messi karyerası ilə bağlı qərar verib

Argentina millisinin hücumçusu Lionel Messi Amerika kuboku ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu hazırkı Amerika kubokunun onun futbolçu karyerasının sonuncusu olacağını bildirib:

“Komandamız üçün çətin turnir oldu. Mənim üçün bu, karyeramdakı sonuncu Amerika kubokudur. İndi Anxel Di Maria, Niklas Otamendi və mən birlikdə son oyunlarımızdan həzz alırıq”.

Argentina millisi Amerika kubokunun finalında Kolumbiya yığması ilə qarşılaşacaq. Görüş iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq. Argentina turnirin hazırkı çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button