“Messi İspaniyadan getsə…” – La Liqanın prezidenti
İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa prezidenti, açıqlamasında İngiltərə Premyer Liqası ilə bağlı da danışıb:
“Premyer Liqa nə etdi ki, belə böyük marka dəyəri yaratdı? Onların keçən mövsümə qədər avrokuboklarda vacib uğurları yox idi. İngiltərə milli komanda səviyyəsində yaxşı vəziyyətdə deyil, amma maliyyə və marka baxımından dünyanın ən yaxşısıdır. Hazırda bizim əsas məqsədimiz də bunu etməkdir”.
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun İspaniyadan (“Real”dan) ayrılması haqqında danışan Tebas, Lionel Messinin “Barselona”dan mümkün ayrılığının təsiri barədə də fikir bildirib:
“La Liqanın beynəlxalq yayım haqları hər il fərqli qiymətlərə satılır. Ronaldo “Real”dan ayrılan zaman, qiyməti endirəcəklər deyə, düşünürdüm, amma heç kim bizə daha az qiymət təklif etmədi. Ancaq Messi İspaniyadan getsə, bu, qiymətlərə təsir edə bilər”.
Bizi Facebook-da izləyin