Messi “İnter”ə keçəcək – səhmlərini də alacaq
PSJ-nin futbolçusu Lionel Messi 2023-cü ilin yayından sonra karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, Messinin “İnter Mayami”yə keçəcəyi bildirilir. O, həm də, klubun səhmdarlarından biri olacaq. Argentinalı futbolçu “İnter Mayami”nin səhmlərinin 35 faizini alacaq.
“İnter Mayami” “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.
Messi 2021-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm argentinalı futbolçu bütün turnirlərdə 33 matçda 11 qol vurub və 13 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti gələn mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin