Messi: “Qışda İngiltərədə oynamalı olanda çox əziyyət çəkirdim”
Lionel Messi peşəkar karyerası ərzində üç ölkədə – İspaniya, Fransa və ABŞ klublarında çıxış edib. Eyni zamanda, Messi beynəlxalq matçlarda bir çox ölkələrə səfər edib.
Komanda.az “Reddit”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu soyuq mövsümdə İngiltərədəki matçlarda üzləşdiyi çətinliklərdən danışıb:
“Qışda İngiltərədə oynamalı olanda çox əziyyət çəkirdim, ayaqlarım ağrıyırdı. Onlar sadəcə olaraq uyuşdular və mən çox əziyyət çəkdim”.
Səkkiz dəfə “qızıl top”un sahibi olan Messi hazırda “İnter Mayami”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin