“Messi ilə müqaviləni uzatmaq axmaqlıqdır” – keçmiş futbolçu
PSJ-nin keçmiş futbolçusu Jerom Roten argentinalı hücumçu Lionel Messi barədə danışıb.
Komanda.az “Le10sport”-a istinadən xəbər verir ki, Fransa millisinin sabiq yarımmüdafiəçisi cənubi amerikalı futbolçunun klubu irəliyə aparmadığını deyib:
“Mənə elə gəlir ki, Messi ilə müqaviləni uzatmaq axmaqlıqdır. Onunla müqavilə niyə yenilənməlidir? O, klubu daha da irəliyə aparmaq üçün heç bir səy göstərmir. Heç vaxt xüsusi jestlərlə yadda qalmır”.
PSJ-nin idman direktoru Luis Kampos paytaxt təmsilçisinin son dünya çempionu ilə cari sözləşmənin uzadılması ilə bağlı danışıqların aparıldığını bildirmişdi.
35 yaşlı Messi 2021-ci ilin yayından Liqa 1 klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
Argentinalı forvard 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin