“Messi ilə birlikdə oynamaq üçün səbirsizlənirəm” – “Barsa”nın yeni transferi
Növbəti mövsümdən etibarən “Barselona”nın şərəfini qoruyacaq “Ayaks”ın futbolçusu Frenki de Yonq Kataloniya klubu və hazırkı komanda yoldaşı Matteys de Liqtlə bağlı açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi, Lionel Messi ilə birlikdə oynamaq üçün səbirsizləndiyini deyib:
“Barselona”da necə oynayacağımı maraqla gözləyirəm. Messi ilə birlikdə oynamaq üçün səbirsizlənirəm. Düşünürəm ki, sadəcə ona ötürmə verəcəm. Dünyanın ən yaxşı futbolçusundan nələrsə öyrənməyi maraqla gözləyirəm. Özümə inanıram”.
Hollandiyalı futbolçu son zamanlar adı “Barselona” ilə yanaşı çəkilən Matteys de Liqtlə bağlı da danışaraq, “De Liqtin nə edəcəyini bilmirəm. “Barselona”da onunla birlikdə oynamaq gözəl olardı” deyib.
Bu mövsüm Amsterdam təmsilçisinin heyətində keçirdiyi 51 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan de Yonq, cari mövsümün sonunda 75 milyon avro qarşılığında “Barselona”ya transfer olunacaq.
Bizi Facebook-da izləyin