“Messi ilə millidə oynamaq mənim üçün xəyaldır”
“Mançester Yunayted”in və Argentina millisinin yarımmüdafiəçisi Alexandro Qarnaço Lionel Messi ilə birlikdə oynamaqdan danışıb.
Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, Messi ilə Argentina millisində oynamağın onun üçün xəyal olduğunu bildirib:
“Messi ilə Argentina millisində oynamaq mənim üçün xəyaldır. Mən işləməyə davam etməliyəm və daha yaxşı oynamağa çalışmalıyam. Amerika kubokunda çox oynamadım, amma komandanın ətrafında olmaq və kuboku qazanmaq inanılmaz bir an idi. Ümid edirəm ki, növbəti dünya çempionatına qədər oynamağa hazır olacam”.
Qarnaço 2023-cü ilin yayında Argentina millisində debüt edib. O, həmin vaxtdan bəri 8 oyun keçirib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin