“Messi ilə mən hər şeyə nail oldum” – Di Maria
“Benfika”nın və Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria Lionel Messi ilə eyni komandada çıxış etməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Di Maria Messi ilə eyni komandada olmaqdan həzz aldığını bildirib:
“Leo ilə mən hər şeyə nail oldum. Məndə çatmayan tək şey onunla eyni klubda oynamaq idi. 3-5 gün millidə bir yerdə olub getmək onu bir il məşqdə görməklə eyni deyil. Amma bu, mənim üçün əla oldu və həmin andan həzz ala bildim”.
Oktyabrın 18-də Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Peru üzərində qələbə qazanıb (2:0). Argentina millisi hazırda Cənubi Amerika üzrə DÇ-2026-nın seçmə mərhələsində 4 oyundan 12 xal toplayaraq birinci yeri tutur.
Bizi Facebook-da izləyin