Keçmiş baş məşqçidən etiraf: “Messi ilə aramızda…”

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen komandanın keçmiş hücumçusu Lionel Messi ilə münasibətlərindən danışıb.

Komanda.az “Movistar Plus”-a istinadən xəbər verir ki, o, Messi haqqında danışmamağı üstün tutduğunu deyib:

“Messi haqqında danışmamağı üstün tuturam. Həqiqətən də, aramızda xoşagəlməz hallar var idi”.

63 yaşlı mütəxəssis 2020-ci ilin yanvar-avqust aylarında “Barselona”nı çalışdırıb. Setyen Çempionlar Liqasında “Bayern”ə 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi postundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button