Messi PSJ haqqında təhqiramiz ifadə işlədib

Əvvəllər MLS-də – “Şarlotta”da çıxış etmiş yarımmüdafiəçi Brext Deyagere meydanda “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə uzun söhbətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Final fitindən sonra Messidən Mayamidə özünü Fransadakından daha yaxşı hiss edib-etmədiyini soruşdum. O, təəccübləndi və mən “Tuluza”da ona qarşı oynadığımı söylədim. Məni xatırlamırdı, amma mənim üçün bu, gerçəkləşən bir arzu idi.

Messi həmişə mənim sevimli oyunçum olub. Həmin gün o, mənə PSJ-nin p…x olduğunu söylədi. Bəli, p…x. Çünki əvvəlcə parislilər onu yaxşı qarşılasalar da, Çempionlar Liqasındakı uğursuzluqdan sonra onu söyməyə başlayıblar”.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button