Messi heç vaxt qazanmadığı mükafatı əldə edə bilər

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “qızıl ayaq” mükafatına namizəd olan 10 nəfərin siyahısına daxil edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 2003-cü ildən 28 yaşdan yuxarı yaş kateqoriyasında ən yaxşı oyunçulara verilən mükafatdır. Mükafatın əhəmiyyətli xüsusiyyəti odur ki, futbolçu bu mükafatı karyerasında yalnız bir dəfə qazana bilər.

Kriştiano Ronaldo “qızıl ayaq” mükafatını 2020-ci ildə, “Yuventus”da oynadığı zaman qazanmağı bacarmışdı. 2024-cü ildə namizədlər isə bunlardır: Lionel Messi, Harri Keyn, Neymar, Kevin de Bruyne, Vircil van Dayk, Tomas Müller, Kərim Benzema, Lautaro Martines, Antuan Qrizmann və Marko Verratti.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button