“Messi nə edirsə etsin, onu kopyalamağı xoşlayırsan”

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines yığmanın və “İnter Mayami”nin hücumçusu Lionel Messinin yanında futbolçuların əsəbi olub-olmaması sualını cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolda hər kəsin bərabər olduğunu düşünür:

“Düzünü desəm, başqa oyunçular ola bilər, amma mən yox. Hamımız bərabərik, hamı ilə zarafatlaşıram. Messi heç kimdə olmayan bir auraya malikdir. O, baxdığınız birisidir. O nə edirsə etsin, onu kopyalamağı xoşlayırsan. O, idman zalına gedir, sən də idman zalına gedirsən. Futbolda heç kimdə belə aura yoxdur. Amma mənim üçün onların hamısı eynidir. Hamımız zarafat edirik, birlikdə nahar edirik. O, gözəl insandır. O, super istedadlı oyunçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button