Messi hakimi tənqid edib
Dünən Paraqvay və Argentina milli komandaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunu keçirilib. Argentina yığması səfərdə 1:2 hesabı ilə məğlub olub.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, matçın gedişində Argentina millisinin hücumçusu Lionel Messi kobudluqdan sonra paraqvaylı futbolçulardan birinə qırmızı vərəqə göstərmədiyi üçün baş hakimi tənqid edib:
“Sən özünü biabır edirsən və mən səni bəyənmirəm”.
DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda Argentina yığması Peru millisi ilə qarşılaşacaq. Paraqvaylılara gəlincə, onları Boliviya yığması ilə görüş gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin