Ronaldo: “Messi həmişə mənimlə yaxşı rəftar edib”

Kriştiano Ronaldo Lionel Messi ilə rəqabətindən danışıb.

Komanda.az “La Sexta”-ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, Messinin həmişə onunla yaxşı rəftar etdiyini bildirib:

“Bu gün insanlar “Barselona” ilə keçirdiyimiz duelləri yüksək qiymətləndirirlər. Oyundan bir həftə əvvəl gərgin vəziyyətdə yaşayırdıq. Azarkeşlər, televiziya – hamı oyun haqqında danışırdı. ‘Real” – “Barselona”, ​​Ronaldo və Messi, Jerar Pike – Serxio Ramos… Böyük rəqabət idi.

Messi? 15 il onunla səhnəni bölüşdük. Yadımdadır, bir dəfə onun üçün ingilis dilindən tərcümə etmişdim. Gülməli idi. O, həmişə mənimlə yaxşı rəftar edib. O, öz klubunu müdafiə edirdi, mən öz klubumu. Bir-birimizi başa düşürdük, bu, sağlam mübarizə idi”.

Ronaldo hazırda “Əl-Nəsr”də, Messi isə “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button