“Messi futbol tarixində ən böyük təsirə malik oyunçudur”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta beş nəfərlik simvolik komandasına kimləri daxil edəcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk sırada Lionel Messinin adını çəkib:

“Bir nömrəli mütləq Lionel Messi olmalıdır, baxmayaraq ki, biz birlikdə oynamamışıq və onunla işləməmişəm. Məncə, o, futbol tarixində ən böyük təsirə malik oyunçudur. Onun meydanda etdiklərini bu qədər illərdir başqasının etdiyini görməmişik. Kriştiano Ronaldonu və braziliyalı Ronaldonu da siyahıya daxil edərdim, çünki uşaqlıqdan ona heyranam”.

O, Dieqo Maradona və Yohan Kroyffun da adını çəkib.

Messi 2003-cü ildən formasını geyindiyi “Barselona”nın yetirməsidir. 2021-2023-cü illərdə hücumçu PSJ-də çıxış edib. Bu yay o, “İnter Mayami”yə keçib. 36 yaşlı argentinalı futbolçu 8 “qızıl top” mükafatının sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button