“Messi futbol dahisidir, səviyyə baxımından hamıdan üstün biridir”

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli PSJ-nin hücumçusu Lionel Messinin istedadına heyran olub.

Komanda.az “ADN Deportes”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisinin ünvanına tərif yağdırıb:

“Messini məşq etdirmək xoşdur. O, futbol dahisidir, səviyyə baxımından hamıdan üstün olan biridir. Nə vaxt uduzacağını, nə vaxt qalib gələcəyini bilir. Onun hər şeyi “oxuması” üçün bir baxışı kifayətdir. Messi səssiz liderdir, amma nə olacağını həmişə anlayır. O, oyunu tam oxuyur, buna görə də dahidir”.

Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, bu mövsüm Liqa 1-də PSJ-nin heyətində 8 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button