Messi 1,4 milyard avrodan imtina edib!
PSJ ilə müqaviləsinin sonunda Lionel Messi “Əl-Hilal”ın sıralarına qoşula bilərmiş, lakin MLS-i – “İnter Mayami”ni seçmək qərarına gəlib. Səudiyyə Ərəbistanı klubunun rəhbəri Anmar Əl Xayli onun bu qərarının səbəblərindən danışıb.
Komanda.az NIBC-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, ailəsi ABŞ-a köçmək istədiyindən, ərəblərin təklifindən imtina edib:
“Messi ilə əlaqə saxladıq. Biz ona 1,4 milyard avro təklif etdik, lakin o, ailəsi ABŞ-a köçmək istədiyi üçün imtina etdi. Biz buna hörmət edirik, çünki ailə puldan daha vacibdir”.
Messi bu mövsüm 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.
Argentinalı forvardın “İnter Mayami” ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin