“Messi dünyanın ən yaxşısıdır” – İngiltərəli futbolçu

“Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnold “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda fikirlərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Messinin futbolun bir çox aspektlərində ən yaxşısı olduğunu bildirib:

“Messiyə qarşı meydana çıxanda digər rəqiblərlə oyundan tamamilə fərqli hisslər yaşadım. Leo bəlkə də, futbolun bir çox aspektlərində ən yaxşısıdır. Meydanda demək olar ki, hər şeyi bacarır. Buna görə də, o, dünyanın ən yaxşısıdır”.

Messi 2023-cü ilin yayından MLS-də – “İnter Mayami” klubunda çıxış edir. 37 yaşlı forvard Argentina millisi ilə birlikdə 2024-cü il Amerika kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button