
Messi dubl etdi, komandası qələbə qazandı
Argentinanın futbol üzrə milli komandası yoldaşlıq görüşündə Yamaykaya qalib gəlib (3:0).
Komanda.az verir ki, oyun Harrisondakı “Red Bull Arena”da keçirilib.
Oyunda hesabı 13-cü dəqiqədə Xulian Alvares açıb. Matçın sonunda Messi iki dəqiqə ərzində iki qol vurub.
Argentina millisi 2022-ci il dünya çempionatının C qrupunda Polşa, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparacaq. Turnir noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin