Messi DÇ-2026-da olacaq? – Açıqlama

Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakdan danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu turnirə sadəcə rekord xatirinə getməyəcəyini deyib:

“Mən turnirə sadəcə rekord xatirinə getməyəcəm. Sonra isə 6 dünya çempionatında iştirak etdiyimi hamıya deməyəcəm. Həmin an yaxşı formada olsam və milli komandaya düşsəm, bu, əla olar. Amma mən sadəcə orada olmaq üçün getməyəcəm. Hansısa plan qurmaq çətindir, qarşıda hələ iki il var”.

Messi hazırda MLS-də – “İnter Mayami” klubunda çıxış edir. O, 12 matçda iştirak edib, 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button