
Messi daha 1 il “İnter Mayami”də qalacaq
Lionel Messi və “İnter Mayami” yeni müqavilə üzərində işləyirlər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı davam etdirməkdə qərarlıdır və argentinalı futbolçunun ABŞ klubu ilə müqaviləsinin müddətini istənilən an uzatması mümkündür.
Hazırkı sözləşmə bu ilin sonuna qədər qüvvədədir. Hər iki tərəf əməkdaşlığı davam etdirmək öhdəliyi götürüb və artıq bunun üzərində işləyir. Müqavilənin müddətinin ən azı bir il uzadılacağı güman edilir.
“İnter Mayami” Klublararası dünya çempionatından kənarlaşdırıldıqdan sonra Messinin əsas məqsədi komandanı MLS-də çempionluğa daşımaqdır.
“İnter Mayami” hazırda Şərq Konfransında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və lider “Filadelfiya”dan 11 xal geri qalır. Mayami təmsilçisinin ehtiyatda 4 oyunu var.
Bizi Facebook-da izləyin