Messinin son tarixi yoxdur

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi yığma komandadakı gələcəyindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu sadəcə anlardan həzz almaq istədiyini bildirib:

“Mən Argentina millisində oynamaq üçün özümə heç bir son tarix qoymuram. Sadəcə, anlardan həzz almaq və insanların sevgisini hiss etmək istəyirəm. Çox yaxşı bilirəm ki, bu, milli komandadakı son oyunlarım ola bilər. Mən ili yaxşı başa vurub addım-addım irəliləmək istəyirəm”.

37 yaşlı forvard dünən DÇ-2026-nın seçmə mərhələsində Boliviya yığması ilə matçda (6:0) 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Messinin hazırda karyerasında 45 kuboku var. O, 2024-cü ilin yayında Argentina millisi ilə Amerika kubokunu qazanaraq, bu göstəricidəki üstünlüyünü möhkəmləndirib.

Messi 8 “qızıl top” mükafatına (rekord) sahibdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button