“Messi çox əziyyət çəkdi”
Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2021-ci ildə Amerika kubokunu qazanmağın emosiyalarından danışıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, futbolçu, komandanın bu mükafatı səbirsizliklə gözlədiyini bildirib. O, Argentina millisiylə nəhayət, kubok qazanan Lionel Messiyə görə yığmanın futbolçularının sevindiyini də qeyd edib:
“Məncə, Messi çox əziyyət çəkdi. Biz də bütün argentinalılar kimi, onun bütün finallarda məğlub olduğunu görəndə əziyyət çəkirdik. Ona milli ilə kuboku götürməkdə kömək etmək əla idi. Bizim üçün bu, kifayət qədər yaxşı mükafatdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin