Messiyə məsləhət: “Ciddi rəqabətin olduğu yerə get”

“Mançester Siti”nin və İrlandiya millisinin sabiq futbolçusu Terri Filan “İnter Mayami”nin hücumçusu Lionel Messinin MLS-dəki çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun ciddi rəqabət olan yerə getməli olduğunu söyləyib:

“Messi oyunun dadını almaq istəyirsə, ciddi rəqabətin olduğu yerə getməlidir. Hazırda bu, onun üçün çox asandır. Sadəcə videolara və statistikaya baxın. Bu, “PlayStation” oyununa bənzəyir. O, həqiqətən də Argentina millisində oynamağı planlaşdırırsa, dünya çempionatında nə edəcəyini düşünməlidir”.

38 yaşlı forvard son mövsümdə 29 matçda 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button