“Messi bütün zamanların ən böyük oyunçusudur” – Argentina prezidenti

Argentina prezidenti Xavyer Miley “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə sabiq futbolçu Dieqo Maradonanın oyununu müqayisə edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu müqayisəyə əsasən futbol tarixinin ən yaxşı oyunçusunu seçib:

“Maradona bizə unudulmaz anlar yaşadan gözəl futbolçu idi. Ancaq mənim fikrimcə, o, ən yaxşısı deyildi. Messi bütün zamanların ən böyük oyunçusudur. “Messi mümkünsüzdür” adlı məqalədə onun oyunun hər hissəsində niyə ən yaxşı olmağından bəhs edilir. O, bir fenomendir”.

Xavyer Miley 2023-cü ilin dekabrında Argentinanın prezidenti seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button