Messinin “Hyuston Dinamo” ilə matçı buraxmasının səbəbi açıqlandı

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin MLS-də “Hyuston Dinamo” ilə mövsümün matçını buraxması haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Messinin istirahətə ehtiyacının olduğunu bildirib:

“Messi? Heç bir futbolçu onun bədənini onun qədər yaxşı bilmir. Altı gündə üç matçdan sonra qərara gəldik ki, onun istirahətə ehtiyacı var. Xüsusilə də, bir neçə saat çəkən səfər zamanı”.

“İnter Mayami” səfərdə 4:1 hesablı qələbə qazanıb.

Messi Florida komandasına 2023-cü ilin yayında qoşulub. Tərəflər arasında mövcud müqavilə bu ilin sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button