“Bilirəm ki, bunlar mənim son matçlarım ola bilər” – Messi

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə qalib gəldikləri oyundan sonra gələcəyi haqqında danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu bu ili uğurla başa vurmaq istədiyini bildirib:

“Mən oyundan həzz almağı və azarkeşlərin sevgisini hiss etməyi sevirəm. Bilirəm ki, bunlar mənim son matçlarım ola bilər. Bu ili uğurla başa vurub, addım-addım irəliləmək istəyirəm”.

Argentina millisi Boliviyanı 6:0 hesabı ilə darmadağın edib. Messi son matçda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button