
Messi bu göstəricidə Maradonaya çatdı
PSJ-nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb.
Komanda.az xəbər verir ki, Messi buna Liqa1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) nail olub.
O, bununla da, cərimə zərbəsindən qollarının sayını 61-ə çatdırıb. Messi cərimə zərbəsində dəqiq olmaqda Maradonanın uğurunu təkrarlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin