Messi: “Bu axşamlar üçün darıxmışdım”

MLS-in cari mövsümü çərçivəsində “İnter Mayami” evdə “Filadelfiya”nı qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi sosial şəbəkə hesabındakı paylaşımında belə axşamlar üçün darıxdığını bildirib:

“Bu axşamlar üçün darıxmışdım. Məqsədlərimizə çatmaq üçün birləşməyə davam edirik”.

Messi iki qola imza atıb. 37 yaşlı hücumçu Amerika kuboku zamanı aldığı zədədən sonra ilk dəfə meydana qayıdıb.

Messi bu mövsüm MLS-də 13 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button