“Messi bizi qorxutmur” – Fransalı futbolçu
Fransa milli komandasının müdafiəçisi Teo Hernandes DÇ-2022-nin finalında keçiriləcək Argentina ilə oyun barədə gözləntilərini bölüşüb.
Komanda.az “TF1”-ə istinadən xəbər verir ki, “Milan”ın futbolçusu Cənubi Amerika təmsilçisini güclü rəqib adlandırıb:
“Lionel Messi bizi qorxutmur. Argentina millisi çox güclü komandadır. Qarşılaşmanın möhtəşəm keçəcəyini bilirik. Hazırlaşmaq üçün bir neçə günümüz var”.
DÇ-2022-də Hernandes 5 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb. Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin