Messi: “Bizə dəstək olan hər kəsə təşəkkür edirik”

“İnter Mayami”nin hücumçusu Lionel Messi sosial şəbəkə vasitəsilə komandasının uğurundan danışıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu mövsüm onlara dəstək olan hər kəsə təşəkkür edib:

“Daha bir gözəl axşam. Klub üçün yeni tarixi nailiyyət. Bu mövsüm bizə dəstək olan hər kəsə təşəkkür edirik. Pley-offda görüşənədək”.

“İnter Mayami” ABŞ-ın MLS liqasının qalibi olub.

37 yaşlı forvard “İnter Mayami”də 19 matçda iştirak edib, 20 qol vurub, 10 məhsuldar ötürmə verib. O, ABŞ komandasının sıralarına 2023-cü ilin yayında qoşulub. Tərəflər arasındakı müqavilə 2025-ci ilin dekabr ayının sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button