“Məni heyrətləndirən futbolçu Messidir”

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike karyerası boyunca onu heyrətləndirən futbolçunun adını açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “Barselona”nın futbolçusu Lionel Messinin oyunu ilə onu təsirləndirdiyini bildirib:

“Məni futbolçu, məşqçi, yaxud hər iki rolda olmağımdan asılı olmayaraq, heyrətləndirən futbolçu Messidir. Onu deyə bilərəm ki, Andres İnyesta bu baxımdan Messiyə bənzəyir, amma Messi başqalarından çox fərqlənir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button