Messi: “Anı yaşayıram”

Argentina millisinin hücumçusu Lionel Messi Kolumbiya yığması ilə 2024-cü il Amerika kubokunun final matçı öncəsi fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu sakit olduğunu bildirib:

“Mən sakitəm və matçı səbirsizliklə gözləyirəm. Kolumbiyanın çoxdandır məğlub olmayan böyük komandası var. Bu əsl final olacaq. Həmişəki kimi, yaxşıyıq. İndi baş verənlərdən daha çox həzz almağa çalışıram, anı yaşayıram. Final gələndə bütün diqqətimizi oyuna yönəldəcəyik”.

Amerika kubokunun final matçı iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq. Turnirin hazırkı qalibi Argentina millisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button