“Messi “Barselona”ya qayıtsa, xoşbəxt olaram” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta etiraf edib ki, Lionel Messi kluba qayıtsa, xoşbəxt olacaq.

Komanda.az “Deportes Cuatro”-ya istinadən xəbər verir ki, Laporta, jurnalistin “Messinin geri qayıtmasını istərdinizmi” sualına “Bəli, əlbəttə istəyərəm. Xoşbəxt olaram” deyə, cavab verib.

Daha əvvəl argentinalı futbolçunun atasının mümkün qayıdışla bağlı “Barselona” ilə əlaqə saxladığı bildirilmişdi.

Messi 2021-ci ilin yayında “Barsa”dan PSJ-yə keçib.

O, cari mövsümdə 26 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button