Messi “Barselona”ya qayıtsa…

“Barselona” “Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya ilə maraqlanır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu yayda azad agentə çevrilmək ehtimalı olan argentinalı ilə müqavilə imzalaya bilər.

Futbolçunun özü də Avropadakı çıxışını davam etdirmək istəyir. Hazırda PSJ-də forma geyinən Lionel Messinin “Barsa”ya qayıdışı reallaşsa, Di Mariyanın La Liqa klubuna keçmək ehtimalı artacaq.

Di Mariya cari mövsümdə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun Turin təmsilçisi ilə sözləşməsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Di Mariya karyerası ərzində “Benfika” (2007-2010), “Real” (2010-2014), “Mançester Yunayted” (2014-2015), PSJ (2015-2022) kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button