
Messi “Barselona”ya qayıtmaq istəyir
Daha əvvəl mətbuatda hücumçu Lionel Messinin “Barselona”ya qayıda biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya klubuna qayıtması ilə bağlı yekun qərarı özü verəcək.
37 yaşlı forvard “Barselona”ya qayıtmaq istəyir, ancaq onun dönüşünün kataloniyalıların gənc oyunçularının inkişafına mane olmayacağına əmin olmalıdır. O, həmçinin, “Barselona”nın maliyyə çətinliklərini daha da pisləşdirmək istəmir.
Messi 2021-ci ildə “Barselona”dan ayrılıb, PSJ-yə keçib. O, hazırda MLS-də – “İnter Mayami”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin