Messi “Barselona”ya qayıdacaq?

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda keçmiş klubu “Barselona”ya qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirmək istəmir.

Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

37 yaşlı forvard karyerası ərzində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button